Tibdə YENİLİK - Damar əməliyyatları sadələşir

Tibdə YENİLİK - Damar əməliyyatları sadələşir
17 Okt 2018 13:15

Tibdə daha bir yeniliyə imza atan Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik miniatür kamera hazırlayıblar.

Realpress.az xəbər verir ki, "Leap" adlandırılan yeni kameranın içərisinə bütün lazımi endoskop sonluqlar əlavə edilib. Layihənin ərsəyə gəlməsinə maddi dəstək "Omnivision" texnologiya şirkəti tərəfindən qarşılanıb.

Qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, ancaq yekun versiyada təsvir ölçüsünü ən azı 1600x1600-dək (2,6 meqapiksel) artırmaq mümkün olacaq. Elastik endoskopik borunun diametri 1,35 mm-ə bərabərdir ki, bu da onu koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir.

Bundan başqa, "Leap" adlı yeni kamera böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı deyil, çünki onu istənilən adi kompüterə qoşmaq mümkündür. (publika.az)


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.