Yuxu üçün ağıllı Xiaomi qurğusu buraxılıb

Yuxu üçün ağıllı Xiaomi qurğusu buraxılıb
16 Okt 2018 14:34

“Xiaomi” şirkəti yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verən “Easy Air Brain Wave Sleeping Eye Mask” qurğusunu təqdim edib. Maska şəklində olan qurğu yuxuya daha tez getməyə və orqanizmin yaxşı istirahətinə şərait yaradır. Bu məqsədlə aksesuar istifadəçinin beyin fəaliyyətinin analizi üçün süni intellekt texnologiyalarından istifadə edir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, maska beyin dalğalarını tutan və göz nahiyəsində yerləşən 3 elektrodla təchiz edilib. Əldə olunan məlumatlar münasib musiqinin səsləndirilməsi üçün süni intellekt alqoritmləri tərəfindən real vaxt rejimində analiz edilir. Melodiyanın səsi istifadəçi yuxuya gedən zaman tədricən azalmağa başlayaraq beyini rahatlayır, səhər isə yuxu fazaları nəzərə alınmaqla adi zəngli saatdan istifadədə olduğu kimi, stress yaratmamaq üçün rəvan şəkildə yüksəlir. Nəticədə insan özünü dincəlmiş və gümrah hiss edir.

“Easy Air Brain Wave Sleeping Eye Mask” kətan parçası kompozitinin əvəzedicisindən hazırlanıb, üst tərəf isə yüksək elastikli süngər formasındadır. Bu, normal hava ventilyasiyasının saxlanılmasına xidmət edir və maskadan ilin istənilən fəslində istifadəyə imkan verir. Çəkisi 50 qram təşkil edən qurğu işığın düşməsinin 99 faizinin qarşısını alır. Maskanın yumşaq hissəsini çıxarmaq və yumaq mümkündür.
Çində yeni “Xiaomi” qurğusunun təxmini qiyməti 36 dollar təşkil edir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.