Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb
16 Okt 2018 12:35

"HTC", "Oculus" və "Sony" kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır. Ancaq istənilən virtual reallıq dünyasında bir problem mövcuddur: fiziki əlaqəni hiss etmək mümkün deyil. Lakin virtual reallıqda fiziki əlaqəni hiss etməyə imkan verən əlcəyin ixtirası bir çox şeyi dəyişdirə bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni ixtira Lozanna Federal Politexnik Məktəbi və İsveçrə Federal Texnologiya İnstitutunun mühəndisləri tərəfindən hazırlanır. Qurğunun karkası adi əlcəkdən ibarətdir, ancaq əlcəyin barmaqlarına xüsusi elektrostatik əyləclər yerləşdirilib.
 
Hər bir belə əyləc bir-birinin üzərində yerləşmiş 2 metal zolaqdan ibarətdir. Hər iki zolaq adi vəziyyətdə hərəkətləri məhdudlaşdırmır. Ancaq onlardan birinə gərginlik verildikdə metal zolaqlar arasında cazibə qüvvəsi yaranır ki, bu da əyilməyə mane olur. Bundan başqa əlcəyə bərkidilmiş datçiklər əlin vəziyyətini izləməyə və onu virtual məkandakı hərəkətlə əlaqələndirməyə imkan verir.
 
Alimlər daha sonra proqram təminatını kalibrləyərək sınaqlara başlayıb. Sınaqlar zamanı könüllülərə müxtəlif formalı virtual obyektlərlə qarşılıqlı əlaqə yaratmaq və onları hərəkət etdirmək təklif edilib.
 
Əlcək obyektlərə toxunuşu hiss etməyə, formanı və sıxlığını fərqləndirməyə imkan verir. Həmçinin məlum olub ki, əlcəyin tətbiqi standart kontrollerlərlə müqayisədə hərəkətlərin dəqiqliyini yüksəldir və  elektrostatik əyləclər 2 kq ağırlıq götürməyə imkan verir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.