İdlib razılaşmasının vaxtı bitdi: Regionu nə gözləyir?

İdlib razılaşmasının vaxtı bitdi: Regionu nə gözləyir?
16 Okt 2018 12:17


Türkiyə və Rusiya prezidentlərinin Suriyanın İdlib şəhərinə görə razılaşması oktyabrın 15-də bitib.

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı Realpress.az-a bildirib ki, bu anlaşmaya əsasən, Türkiyə İdlibdə oktyabrın 15-nə qədər iki mühüm vəzifənin yerinə yetirilməsini təmin etməli idi.

“Birincisi, bu şəhərdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi. Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir”, - o deyib.

Onun sözlərinə görə, İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır, bu qalanı əldən vermək istəmirlər

“Bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi haray-həşir salıb ki, bəs vaxt bitib, ancaq İdlib hələ də terrorçuların əlindədir, ona görə hücum haqqında düşünmək lazımdır. Bəşər Əsəd rejiminin məqsədi bəllidir, Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyir. 

Moskva hələlik müttəfiqi Əsədin oyununa gəlmir, bildirir ki, İdlibin tərksilahı ilə bağlı bir müddət də gözləyə bilər”, - müsahibimiz əlavə edib. 

E.Şahinoğlu qeyd edib ki, Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərksilahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq və Türkiyə-Rusiya tərəfdaşlığı çat verməyə başlayacaq. 

“Oyunu pozmaq istəyən yalnız Əsəd deyil. Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Elə ABŞ da çox istəyərdi ki, İdlib məsələsində Türkiyə-Rusiya işbirliyi alınmasın”, - ekspert əlavə edib. 


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.