Microsoft korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib

Microsoft korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib
16 Okt 2018 11:59

"Microsoft" korporasiyasının həmtəsisçisi Pol Allen çərşənbə axşamı 65 yaşında dünyasını dəyişib. Bu barədə onun "Vulcan Inc" şirkətinin saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, P.Allenin Sietldə bazar ertəsindən çərşənbə axşamına keçən gecə qeyri-Hodgkin lenfoması xəstəliyinin ağırlaşmasından vəfat etdiyi bildirilir.

ABŞ sahibkarı P.Allen 1975-ci ildə Bill Qeytslə birlikdə proqram təminatının hazırlanmasında (məsələn, Windows əməliyyat sisteminin) ixtisaslaşan "Microsoft" korporasiyasını təsis edib. O, bu il "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısında 20,5 milyard dollarlıq var-dövlətlə 44-cü yeri tutub.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.