Videoları rekord qıran Nahidə Youtube qazancını açıqladı (VİDEO)

Videoları rekord qıran Nahidə Youtube qazancını açıqladı (VİDEO)
16 Okt 2018 11:44

Gənc müğənni Nahidə Babaşlı Xəzər TV-də yayımlanan 5-də 5 verilişində qonaq olub. 

Realpress.az-in məumatına görə, verilişin aparıcısı Zaur Kamal müğənnidən Youtube-də nə qədər qazanc əldə etdiyini soruşub. 

Nahidə isə əvvəlcə bu sualdan yayınıb və cavab vermək istəməyib. Ancaq sonradan təkidlərdən sonra müğənni qazancı haqqında danışıb. O bildirib ki, Youtube-da qazanc stabil olmur: "Qazanc bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm". 

Qeyd edək ki, Nahidə Babaşlının Youtube kanalı Azərbaycanda ən çox baxış toplayan kanallar arasında ilk pillələrdədir. Onun videoları təkcə Azərbaycan yox, qonşu ölkələrdə də böyük rəğbətlə qarşılanır.  


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.