DanaBot bank troyanı müxtəlif ölkələrdə qeydə alınıb

DanaBot bank troyanı müxtəlif ölkələrdə qeydə alınıb
15 Okt 2018 16:38

“Eset” antivirus şirkəti “Delphi” proqramlaşdırma dilində yazılmış “DanaBot” adlı bank troyan virusunun yayılması haqda məlumat verib. Hakerlər kompüterləri spam məktublar vasitəsilə yoluxdurur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “DanaBot” modulyar arxitekturaya malikdir, funksiyalarının əksəriyyəti  isə plaqinlərdən ibarətdir: “VNC” (qurbanın kompüteri ilə qoşulma yaradır və onu məsafədən idarə edir), “Sniffer” (qurbanın brauzerinə zərərli skript tətbiq edir), “Stealer” (bir çox proqramlardan (məsələn, brauzer, FTP kliyent, VPN kliyent, çat və poçt kliyentləri) parolları ələ keçirir, “TOR” (TOR proksi yaradır və .onion saytlarına girişi təmin edir).
 
2018-ci ilin avqustundan “DanaBot” virusunun operatorları yeni funksiyalar əlavə edərək troyanın arxitekturasına dəyişikliklər ediblər.
 
İlk öncə “DanaBot” troyanı Avstraliyada spam kampaniyalarında istifadə olunub, 2 həftə sonra polşalı istifadəçilərə qarşı hücumda istifadə edilib. Hazırda “DanaBot” troyanının yayılmasına çalışan hakerlər virusun coğrafiyasını genişləndiriblər: həmçinin İtaliya, Almaniya, Avstriya və Ukraynadan olan istifadəçilərə hücum edilib.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.