Vena və arteriyalarda əməliyyat aparmaq üçün miniatür kamera hazırlanıb

Vena və arteriyalarda əməliyyat aparmaq üçün miniatür kamera hazırlanıb
15 Okt 2018 15:18

Kembric Universitetinin alimləri damarlarda əməliyyatların aparılması üçün qeyri-adi quruluşa malik miniatür kamera hazırlayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni kameranın bütün mövcud analoqlardan əsas fərqi odur ki, təsvir "chip-on-tip" texnologiyası üzrə emal edilir. Adi endoskoplarda siqnal əsas qurğuya kabel vasitəsilə ötürülür ki, burada onun deşifr edilməsi və təsvirə çevrilməsi baş verir. "Leap" adlandırılmış yeni kamerada bütün lazım olanlar endoskopun sonluğunda yerləşdirilib. Texnologiya "Omnivision" şirkəti ilə birgə hazırlanıb və qurğunun prototipi 400x400 (0,16 meqapiksel) təsvir ölçüsünə malikdir, ancaq yekun versiyada təsvir ölçüsünü ən azı 1600x1600-dək (2,6 meqapiksel) artırmaq mümkün olacaq.
 
Elastik endoskopik borunun diametri 1,35 mm-ə bərabərdir ki, bu da onu koronar angioqrafiya (ürək damarlarının xüsusi rentgeni) üçün istifadə etməyə imkan verir.
 
Bundan başqa, "Leap" adlı yeni kamera böyük endoskoplardan fərqli olaraq, əməliyyat otağının böyük ölçülü texnikasından asılı deyil, çünki onu istənilən adi kompüterə qoşmaq mümkündür. Həmçinin yeni kamerada bəzi detallar (məsələn, optik boru) birdəfəlik istifadə üçün nəzərdə tutulub ki, bu da sterilizə lazımi səviyyədə olmadıqda infeksiya və xəstəliklərin bir insandan digərinə ötürülməsi riskini azaldır.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.