Avropa Birliyi mobil bankçılıq üçün biometrik autentifikasiyanı təhlükəli hesab edir

Avropa Birliyi mobil bankçılıq üçün biometrik autentifikasiyanı təhlükəli hesab edir
15 Okt 2018 12:27

Gələn il milyonlarla avropalı mobil bankçılıq üçün öz hesabında avtorizasiyadan keçərkən gözlənilmədən çətinliklərlə üzləşəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin istehsalı olan qurğularda tətbiq edilən “Face ID” sifət skanerinə oxşar biometrik autentifikasiya sistemləri uzun müddət mobil bankçılıq xidmətlərində istifadəçilərin avtorizasiyadan keçməsi üçün rahat və təhlükəsiz mexanizm hesab edilib. Lakin tezliklə bu vəziyyət dəyişə bilər, çünki Avropa Birliyi mobil ödənişlərinin həyata keçirilməsi üçün yalnız biometrik autentifikasiyadan istifadəni çox təhlükəli hesab edib. Banklar yenidən parol, təhlükəsizlik sualları və kardriderlərdən istifadə etməli olacaq.
 
Dəyişikliklər 14 sentyabr 2019-cu il tarixində  Avropa Birliyinin “PSD2” Ödəmə Direktivinin reallaşdırılmasının tamamlanması çərçivəsində qüvvəyə minəcək. Sənədə əsasən, banklar bütün əməliyyatların həyata keçirilməsi vaxtı ikimərhələli autentifikasiyadan istifadə etməli olacaq. Məsələn, “Face ID” texnologiyasının köməyi ilə biometrik autentifikasiya ikimərhələli autentifikasiyanın yalnız bir mərhələsi hesab ediləcək, ikinci mərhələ kimi isə parol, token və ya kardrider kimi ayrıca qurğu istifadə edilməlidir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.