Bakı sakinləri internetin sürətindən narazıdır - VİDEO

Bakı sakinləri internetin sürətindən narazıdır - VİDEO
15 Okt 2018 11:46


Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də ofislərdə ölkədə fəaliyyət göstərən müxtəlif internet provayderlərindən istifadə edirik. Bəs bu provayderlərin sürətindən, müştəriyə xidmət səviyyəsindən razıyıqmı?

Bir neçə gün öncə sosial şəbəkələrdə müxtəlif internet provayderlərindən istifadənin mümkün olmaması ilə bağlı kütləvi statuslar paylaşılmışdı. Daha çox adıçəkilən provayderlərdən biri də  “KATV” idi.

Şirkət rəsmisi məsələyə aydınlıq gətirmək üçün Baku TV-yə bildirib ki, gözlənilməz qəza nəticəsində xətlərdə problem yaranıb. Hadisə zamanı gələn zənglərin sayı çox olduğundan müştərilərin sualları cavabsız qalıb.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ölkənin milli rabitə operatoru olan “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin kommersiya departamentinin direktoru Elçin Cabbarov isə müştəri məmnuniyyəti üçün internetlə bağlı istənilən problemi anında həll etdiklərini qeyd edib.

Daha çox şikayətin daxil olduğu “Azəronline” internet provayderinin xidmət səviyyəsi ilə maraqlanmaq istəsək də, suallarımıza cavab verən tapılmadı. 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.