Azərbaycanlı istedadlar İspaniyada keçirilən beynəlxalq festivalda uğur qazanıblar

Azərbaycanlı istedadlar İspaniyada keçirilən beynəlxalq festivalda uğur qazanıblar
12 Okt 2018 17:25

Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı uşaqları İspaniya Krallığının Kosta-del-Sol şəhərində keçirilən “Tu onda” adlı beynəlxalq festivalda iştirak ediblər.

İncəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, vokal, aktyor ustalığı, xoreoqrafiya sahələrində təcrübə mübadiləsinin yaradılması məqsədilə keçirilən festivala 15 ölkədən nümayəndələr qatılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda mərkəzin 4 istedadlı üzvü vokal, milli rəqs, müasir rəqs, bal rəqsi və moda mədəniyyəti nominasiyaları üzrə çıxış edib. Azərbaycanlı istedadların hər çıxışı böyük maraq doğurub. Mərkəzin gənc vokalçısı Nigar Rəhimovanın ifa etdiyi “O mio babbino caro” italyan mahnısı akademik vokal, “Azərbaycan ritmləri” rəqsi milli rəqs, Qaflan Abbasov və Anastasiya Kşnyakinanın nümayiş etdirdiyi “Cayf” rəqsi bal rəqsi nominasiyalarında birinci yerlərə layiq görülüblər.

Müasir rəqs nominasiyasında uşaqlar II yeri, “Azərbaycan” mahnısının ifasına görə Nigar Rəhimova III yeri əldə edib. Moda mədəniyyəti nominasiyasında Rüfət Məmmədovun podiumdakı çıxışı alqışlarla qarşılanıb. O, İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyor ustalığı və professionallıq nümayiş etdirərək qalib olub. Anastasiya Kşnyakina isə vokal nominasiyasında “Bakının qızları” mahnısına görə festivalın laureatı adını qazanıb.

Azərbaycanlı qaliblərin festivaldakı çıxışları münsiflər heyəti tərəfindən bəyənilib və gənc istedadlar Latviya, Litva, İsrail və Belarusda keçiriləcək festivallarda iştirak etmək üçün dəvət alıblar.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.