Yaxşı olardı ki, deputatlara da medal verilsin — Deputatdan TƏKLİF

Yaxşı olardı ki, deputatlara da medal verilsin — Deputatdan TƏKLİF
12 Okt 2018 17:08

Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmətə verilən töhfəyə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) təsdiqlənib.

Realpress.az xəbər verir ki, müzakirələr zamanı İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təkliflə çıxış edib. 

S.Novruzov bildirib ki, icraedici strukturlar öz medallarını hazırlayıblar: 

“Ancaq Parlament deputatlara xatirə medalları təqdim edir. Yaxşı olardı ki, uzun müddət MilliMəclisdə xidməti olan şəxslər də medallarla təltif edilməlidir. Bununla bağlı yeni medal təsis edilsə daha yaxşı olar. Hər bir dövlət strukturu üçün medallar təsis edilib. Hesab edirəm ki, Milli Məclis də öz əməkdaşları, deputatlar üçün xatirə medalını əvəz edən medal təsis etməlidir”. 

Deputat Vahid Əhmədov isə bildirib ki, deputatlara 100 illik yubileylə bağlı xatirə medalları verilib: 

“Lakin yaxşı olardı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı deputatlara əsl medal verilsin. 

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirdi ki, bu məsələyə baxılacaq”.

Daha sonra millət vəkili Vahid Əhmədov həmkarına dəstək verib. 

V.Əhmədov həmçinin qeyd edib ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı başqa qurumlara medallar təsis edilib verilir:

“Amma biz millət vəkilləri belə bir medalla təltif edilmirik. Bəlkə belə medal verilməyə Milli Məclisdə layiqli adam yoxdur? Bu, çox ciddi məsələdir. Onsuz da Milli Məclisin səlahiyyətlərini əlindən almısınız. Bir medal nədir ki, onu deputatlara vermirsiniz?  Bu elə bir məqamdır ki, biz özümüzə qiymət verməliyik. Belə olmaz axı?!”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın fikirlərinə belə cavab verib: 

 “Əvvəla, qeyd edim ki, xatirə medalları deputatlara verilib. İkincisi, Milli Məclisin kifayət qədər səlahiyyətləri var. Cümhuriyyətin 100 illiyi ilə bağlı deputatlara medal verilməsi məsələsini  müzakirə etmək olar. Lazım olsa, bu məsələ də müzakirə olunub qərar verilər”.



25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.