Deputatlar Paşinyanın arvadına cavab verdilər

Deputatlar Paşinyanın arvadına cavab verdilər
12 Okt 2018 16:03


Deputatlar Paşinyanın həyat yoldaşının bu günlərdə bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazisinə səfərini təşkil etməsinə və “sülh çağırışları” cəhdinə kəskin etirazlarını bildiriblər.

Realpress.az xəbər verir ki, deputat Zahid Oruc parlamentdə çıxışında deyib ki, erməni qadınlar tərəfindən indiyə qədər sülhə doğru addımlar və çağırışlar görülməyib:

“Əksinə, hər zaman sülhə qarşı çıxıblar. Erməni anaları məktəblərdə uşaqlarına barmaqları ilə azərbaycanlıları düşmən kimi göstəriblər. Xüsusilə də şəhidləri. Amma özlərinin övladı öləndə onları qəhrəman kimi təqdim ediblər. Odur ki, Paşinyanın arvadının və ona dəstək verənlərin sülhə çağırışlarını heç bir halda səmimi qəbul etmirik. Əslində, bunu istismar kimi qəbul edirik. Onlar Silva Kaputikyanların, Əlixanyan-Bonerlərin davamçılardır və onlardan nəsə gözləməyə dəyməz”.

Deputat Sevinc Hüseynova qeyd edib ki, “Qadınlar sülh naminə” adı altında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edən Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova bilməlidir ki, Xocalıda qətlə yetirilən insanlar arasında 106 qadın olub: 

“Ümumiyyətlə, Qarabağ münaqişəsi nəticəsində təkcə azərbaycanlılar deyil, eyni zamanda, rus millətindən olan gənclər qətlə yetirilib. Bununla da, erməni təcavüzü nəticəsində onlarla rus anası gözüyaşlı qalıb. Biz sülhün tərəfdarıyıq və belə səfərlər də sülhə mane olur. Xüsusən də münaqişənin həlli ilə bağlı yaradılan ATƏT MQ həmsədr ölkələrindən biri olan Rusiya parlamentinin nümayəndəsinin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri münaqişənin həllinə mənfi təsir edir. Odur ki, mən belə şəxsləri işğal altında olan torpaqlara qanunsuz səfərlərdən çəkinməyə çağırıram”.

Parlamentin Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Əli Hüseynli isə qeyd edib ki, rus deputatın Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı həm öz adından, həm də “Rus İcması” nın adından Rusiya Dumasına kəskin bəyanat göndəriləcək:

“Ayrı vaxt olsaydı, buna ciddi əhəmiyyət verməzdik. Amma həmin xanım Rusiya Dumasının önəmli adamlarındandır və hakim partiyanın üzvlərindəndir. Onun addımı iki ölkənin münasibətlərinin ruhuna tamamilə ziddir”.

Ə.Hüseynli rus dilində tədrisin artması ilə bağlı deputat həmkarının fikrinə münasibət bildirib:

“Biz gənclərin dil seçiminə müdaxilə etməməliyik. Onlar bu məsələdə azaddırlar. İstədikləri dili öyrənə bilərlər”.


10 Dek 2018
Siyasət

Ermənistanda seçsəniz də, seçməsəniz də baş nazir özüm olacam prinsipi ilə hərəkət edildi — Bahar Muradova

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri barədə məlumatlar ilk olaraq, Ermənistan vətəndaşları və mətbuat tərəfindən yayılır. Bizim söylədiklərimiz də bir növ onların təkrarı olur".

10 Dek 2018
Siyasət

Prezident türkiyəli naziri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

10 Dek 2018
Siyasət

Lavrov Xəzər konvensiyasının əsas nailiyyətindən söz açdı

Lavrov Xəzər konvensiyasının əsas nailiyyətindən söz açdı

10 Dek 2018
Siyasət

Ermənistanda seçkilər başa çatdı — Paşinyan və müttəfiqləri qalib gəldi

Bu gün səhər saatlarında Ermənistanın Mərkəzi Seçki Komissiyası elektron formada bülletenlərin 100 faizini sayıb.

8 Dek 2018
Siyasət

Novruz Məmmədov ofşor zonaları ilə bağlı siyahıya dəyişiklik etdi

Azərbaycan Nazirlər Kabineti "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib.