İranın Şimali Xorasan vilayətində bu ilin ilk 6 ayı ərzində 11-14 yaş arası 650 qız ərə verilib.
Realpress.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində 15-19 yaşlarında isə 1784 qız ailə qurub.
Qeyd olunur ki, vilayətin mərkəzində qadınların orta evlilik yaşı 22, kənd yerlərində 20 yaşdır.
Bu ilin ilk yarısında həmçinin 15-19 yaşlı 348 oğlan evləndirilib.
Şimali Xorasan vilayəti erkən evlilik göstəricilərinə görə, İranda birinci yerdə qərarlaşıb.
Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.