Rəqsanənin yalanları və reytinqə hesablanmış hamiləliyi

Rəqsanənin yalanları və reytinqə hesablanmış hamiləliyi
12 Okt 2018 12:32


Ötən ayın sonlarına doğru bir xəbər yayıldı ki, bəs üçüncü dəfə ana olmağa, özü də əkiz anası olmağa hazırlaşan Rəqsanə İsmayılova xəstəxanaya yerləşdirilib.

Səbəbi isə bədənindəki suyun qurtarması və erkən doğum riskinin olması diaqnozu ilə bağlıdır.

Məlum, azacıq tibbi biliyi olan adam çox yaxşı bilir ki, qadının bətnində su qurtarırsa, uşaq həmin günü istər qeysəriyyə, istərsə də normal yolla dünyaya gəlməlidir. Çünki ölmək ehtimalı daha çoxdur.

Həmin ərəfədə xəbər yayıldı ki, bəs Rəqsanənin əkiz övladları dünyaya gəlib. Körpələrdən biri qız, digəri oğlandır. Onlar səbirsizlik edib yeddi aylığında dünyaya gəliblər.

Xəbəri yayan İntiqam Valehoğlu bununla bağlı əlində səs yazısının da olduğunu bildirdi.

Digər tərəfdən, Rəqsanənin prodüseri Nigar açıqlama verdi ki, müğənni hələ də xəstəxanadadır, doğum baş verməyib, suyu isə qurtarıb.

Qeyd edim ki, eyni dönəmlərdə Rəqsanə ilə bağlı mətbuatda başqa xəbərlər də yayımlanırdı. Onun jurnalist Ülviyyə Alovluya “pul atması” sosial şəbəkələrdə müzakirə olunurdu.

Əgər yayılan xəbərlər doğru deyildisə, deməli, belə çıxır ki, Rəqsanə ürəyiyumşaq Azərbaycan xalqının qarşısında acınacaqlı durumda görünmək və üstündəki mənfi rəyləri bir az da olsa, başqa səmtə yönəltmək üçün bu addımı atıb. 

Bu gün isə Rəqsanə özü deyib ki, əkizləri doğulub və reanimasiyadan təzə çıxıb. Düzü, buna da inanmağım gəlmir. Bunun üçün isə səbəblərim var. Çünki beynim avtomatik olaraq bundan 12-13 il öncəyə qayıdır.

ATV-də “Çal-çağır” şou – telefon xəttində Rəqsanədir. Bildirir ki, ikinci dəfə ana olmağa hazırlaşır. Onun Yağmur və Damla adlı iki əkiz qızı dünyaya gələcək. Özü də doğumu yerli həkimlərimizə yox, Moskvadakı həkimlərə etibar edəcək.

Bir neçə müddət sonra isə məlum olur ki, Rəqsanə yalan danışıb. Onun əkiz yox, cəmi bir övladı dünyaya gəlib. Doğum prosesi isə yerli xəstəxanalardan birində gerçəkləşib.

Dünyaya gəlməmiş körpə övladını belə reytinq və gündəm üçün istifadə edən bir anaya tövsiyəm isə odur ki, borclarını qaytarsın, həm düzgünlüyə qayıdıb yalan borcunu, həm də onun üçün iş görüb, qarşılığını ala bilməyən camaatın borcunu...


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.