Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb

Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb
12 Okt 2018 11:31

Fransalı mühəndislər avtonom sualtı robotlarla təchiz edilən mina əleyhinə katerlər ailəsi yaradıblar. “Octopoda” layihəsi çərçivəsində yaradılan katerlər barədə “MAURIC” və “ECA Group” şirkətlərinin rəsmi nümayəndələri məlumat veriblər.  

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, katerlərin hazırlanması 2016-cı ildən aparılır. “Octopoda” mina əleyhinə katerlərin başlıca fərqləndirici cəhəti gəmilər üçün risk etmədən dəniz minalarını zərərsizləşdirməyə imkan verən avtonom sualtı aparatlardır.

Mütəxəssislər qeyd edir ki, mina əleyhinə gəmilər mina maneələrinin zərərsizləşdirilməsi üzrə işlər yerinə yetirən zaman təhlükə zonasında olurlar – mina əleyhinə gəmilərin korpusları xüsusi qeyri-maqnit materiallardan hazırlanır, lakin bu, gəmi ekipajlarının işinin təhlükəsizliyinə təminat vermir. Minaların zərərsizləşdirilməsi ilə robotlar məşğul olanda isə vəziyyət müəyyən dərəcədə dəyişəcək.

“Octopoda” katerlər ailəsinə 30 və 50 metrlik iki gəmi daxildir. Katerlərin təchiz edildiyi “A9-M” robotları suyun 300 metr dərinliyinə enir və gəmidən 2 km məsafə uzaqda işləyirlər. “A9-M” robotları ilə yanaşı, böyük “Octopoda” kateri göyərtəsində kəşfiyyat missiyalarını yerinə yetirən kiçik robotlaşdırılmış gəmi daşıyır.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.