Yeni Samsung Galaxy A9 smartfonu 4 arxa kamera ilə təchiz olunub

Yeni Samsung Galaxy A9 smartfonu 4 arxa kamera ilə təchiz olunub
11 Okt 2018 16:37

“Samsung Electronics” şirkəti tarixdə ilk dəfə 4 arxa kamera ilə təchiz edilən yeni “Galaxy A9” smartfon modelini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Samsung Galaxy A9” həm gündüz, həm də zəif işıqlandırma şəraitində çəkiliş üçün nəzərdə tutulan 24 meqapikselli sensorla (f/1.7, avtomatik fokuslanma) yanaşı, itkisiz ikiqatlı optik zum (10 meqapikselli sensor, f/2.4, avtomatik fokuslanma) üçün teleobyektiv, enlibucaqlı modul (baxış bucağı 120 dərəcə, 8 meqapiksel, f/2.4) və 5 meqapikselli kadr dərinliyi ötürücüsü ilə təchiz edilib.

Məlumata görə, yeni smartfon “Qualcomm Snapdragon 660” prosessorlu səkkiznüvəli sistemdən, 2,2 QHs takt tezliyində işləyən 4 nüvədən və 1,8 QHs tezlikli daha 4 nüvədən istifadə edir. Operativ yaddaş 6, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Bundan əlavə, qurğu 512 giqabayt tutumlu “microSD” yaddaş kartını, “Samsung Pay” funksiyası vasitəsilə “NFC” protokolunu və ödənişləri dəstəkləyir.

Smartfon “SuperAMOLED” matrisalı “FullHD+” (1080 x 2220 piksel) təsvir ölçülü 6,3 düymlük ekranla təchiz olunub. Çəkisi 183 qrama bərabər qurğu ölçüsünə görə sentyabrın sonunda təqdim edilən “Galaxy A7” modelindən böyükdür: 162,5 x 77 x 7,8 mm. Ötənilki “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy A9” modelinin akkumulyator tutumu 3800 milliamper/saat təşkil edir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.