Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul - professor tövsiyə edir

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul - professor tövsiyə edir
11 Okt 2018 16:27

Soyuq fəsillərdə qripp və soyuqdəymə halları kəskin artır.

Kardiff Universitetinin (Böyük Britaniya) Soyuqdəymə Xəstəliklərinin Araşdırması Mərkəzinin professoru Ron Ekklz soyuqdəymədən qorunmaq üçün bəzi tövsiyələr verib.

Realpress.az saglamolun.az-a istinadən sizə bu tövsiyələri təqdim edir.

1. Professor soyuqdəymənin riskini azaltmaq üçün burunu soyuqdan qorumağı, burunu tez-tez  isindirməyi (məsələn, buxarla) tövsiyə edir. Burun nahiyəsində hərarət aşağı düşdükdə qan dövranı və mikroblarla mübarizə edən immun hüceyrələrinin  hərəkətliliyi azalır ki, bu da soyuqdəymənin riskini artırır.   

2. Burunu duzlu su ilə yuyun. Araşdırmalar sübut edir ki, duzlu su ilə burun boşluğunun yuyulması bura düşən mikrob və virusları azaldır, onların artmasına mane olur. Çöldə evə qayıdanda mütləq duzlu su ilə burnunuzu yaxşı yuyun (1 stəkan ilıq su + 1 ç.q. duz).

3. Paltarları isti suda yuyun. Soyuqdəymə xəstəlikləri epidemiyası zamanı paltarları (xüsusilə işə geyindiyiniz paltarları) 40 C və bundan yüksək temperaturda yuyun. İsti su paltarları mikroblardan daha yaxşı təmizləyir.   

4. Qidalanmada D vitamini ilə zəngin olan qidaların miqdarını artırın (balıq, yumurta, süd məhsulları).  D vitamini immun sistemini stimullaşdırır.

5. Şirniyyatları məhdudlaşdırın. Şəkər immun hüceyrələri olan faqositlərin aktivliyini azaldır.

6. 7-8 saat yatın. Alimlər sübut edir ki, 7 saatdan az yatan insanlarda soyuqdəymə xəstəliklərinə tutulma  riski 3 dəfə artır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.