Aviasiyada yeni rekord — 18 saat 25 dəqiqə fasiləsiz uçuş

Aviasiyada yeni rekord — 18 saat 25 dəqiqə fasiləsiz uçuş
11 Okt 2018 16:17

“Sinqapur hava yolları” şirkəti bu gün aviasiya tarixində yeni rekorda imza atacaq.

Realpress.az xəbər verir ki, Sinqapur-Nyu-York marşrutu üzrə təyyarə 18 saat 25 dəqiqə fasiləsiz uçacaq və bununla da dünyanın ən uzunmüddəti birbaşa reysi ünvanına sahib olacaq.

“Airbus A350-900ULR” tipli sərnişin təyyarəsi bu müddət ərzində 15.288 km məsafə qət edəcək. Çanqi hava limanından havaya qalxacaq olan təyyarə Nyuark Liberti hava limanına enəcək. Təyyarədə 64 biznes, 94 premimum sinfə aid sərnişin olacaq.

Qeyd edək ki, dünyanın ən uzunmüddətli uçuşları bunlardır:

Hyüston-Sidney (17 saat 30 dəqiqə)
Pert-London (17 saat 20 dəqiqə)
Dallas-Sidney (16 saat 50 dəqiqə)


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.