Bakını bürüyən toz-dumanın digər mənbəyi açıqlandı

Bakını bürüyən toz-dumanın digər mənbəyi açıqlandı
11 Okt 2018 15:45


Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir.

Realpress.az-ın məluamtına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov deyib.

Onun sözlərinə görə, atmosfer havasını çirkləndirən, havanı bürüyən toz-dumanın digər bir mənbəyi də şərqdən və qərbdən Bakını əhatə edən daş karxanalarıdır ki, bununla bağlı nazirliyə çoxlu sayda şikayət və müraciətlər daxil olur:

“Apardığımız monitorinq və araşdırmalar zamanı əksər daş karxanalarının fəaliyyətində pozuntular aşkar edilib. Bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar. Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir”.

Ramal Bağırov qeyd edib ki, daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur: 

“Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib”.


16 Apr 2024
Cəmiyyət

Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO

Əsası Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuş 123,6 km uzunluğunda Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun tikintisinin yeni görüntüləri yayılıb.

16 Apr 2024
Cəmiyyət

Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib - FOTO

Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İCESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Toubkal (4167 metr) zirvəsini fəth edib.

15 Apr 2024
Cəmiyyət

İmtahan nəticələri elan olundu

Aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub.

15 Apr 2024
Cəmiyyət

Azərbaycanda aqrar sektor 1 % böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

15 Apr 2024
Cəmiyyət

Ötən həftə 476,7 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.