İstanbul Prokurorluğu Arda Turan barədə istinaq başlatdı - YENİLƏNİB

İstanbul Prokurorluğu Arda Turan barədə istinaq başlatdı - YENİLƏNİB
11 Okt 2018 15:30


Xəbər verdiyimiz kimi, ötən gün futbolçu Arda Turan ilə türkiyəli müğənni Berkay arasında dava olub.

Realpress.az xəbər verir ki, Berkayın həyat yoldaşı Özlem Şahinin şikayətindən sonra İstanbul Baş Prokurorluğunda idmançı barədə istintaq başlayıb.

11.42

Xəbər verdiyimiz kimi, ötən gün futbolçu Arda Turan müğənni Berkay Şahinin burnunu sındırmışdı.

realpress.az xəbər verir ki, məsələdən sonra ilk olaraq Berkayın xanımı Özlem Ada Şahin “Habertürk”ə açıqlama verib. 

O, əri ilə klubda olarkən Arda Turanın dostları ilə başqa masada əyləndiyini bildirib. 

Berkayın xanımı iddia edib edib ki, futbolçu ona yaxınlaşaraq sataşıb:

“Arda klubda qoluma toxundu və mənə yaxınlaşaraq dedi ki, “evli olmasam, səni əldən qaçırmazdım. Çox gözəl qızsan”. Mən də ona “Nə danışırsan? Özünə gəl” cavabını verdim. 

Söhbətimizi Berkay eşitdi və Ardaya söylədi ki, “Xanımı evə göndərirəm, səninlə tək danışacağam”. 

Başını mən tərəfə çevirdi və “Səni evə göndərirəm” dedi. Bu anda Arda ona yumruq vurdu. Hər şey bir neçə dəqiqədə baş verdi. Berkay əsla ona toxunmadı, vurmadı. 

Sakit bir şəkildə söhbət edəcəyini bildirdi. Berkayı qanlar içində birbaşa xəstəxanaya apardıq. Əməliyyat olunacaq. Ardanın xanımını tanıyıram, “salam-sağ ol”umuz var. Bir yerdə otururuq. Ən əsası o, hamilədir”. 

Qəzet yazıb ki, Özlem Şahin hadisənin səhəri günü futbolçunun xanımı Aslıhan Doğana zəng vurub və hadisə barədə ona məlumat verib.

O da qeyd olunub ki, daha sonra Turan əlində silahla xəstəxanaya gedərək, Berkaydan üzr istəyib: 

“Sənin arvadının olduğunu bilmirdim. Öldür məni, çox peşmanam”.

Lakin Arda Turan “Instagram”da verdiyi açıqlamada bildirib ki, heç kəsin xanımına sataşmayıb: 

“Bəsit mübahisə baş vermişdi, doğrudur, amma səbəbi izah edilən formada deyil”.

Berkay isə “Bütün hüquqi yollara əl atacağıq. Hazırda evdəyəm, həkimlər nəzarət edib. Əməliyyat olunub-olunmayacağım məlum deyil. Ardanın mənim həyat yoldaşımı tanımaması mümkün deyil. İllərdir davam edən və göz önündə olan bir ailəm var”, - deyə açıqlama verib.

Hadisələrin ardından hər kəsin gözü məsələ ilə bağlı açıqlama verməyən Arda Turanın həyat yoldaşı Aslıhan Doğana zillənib.

Aslıhan isə ərinə dəstək olub:

“Yaşananlardan sonra kamilləşən bir insan, ailənin nə olduğunu bilən yaxşı övlad, təxmin ediləndən daha güclü bir qadın və ən vacibi ana olmağa namizəd kimi bu açıqlamanı yazıram. Münasibətimin ilk günündən evliliyimin bu anına kimi axmaq şeylər təqdim etdilər. 

Fərqli məqsədlərə xidmət edən, bəzi sosial platformalarda tənqid edərkən özünü haqlı görən və təəssüf ki, neqativlə bəslənən insanlarla qarşılaşdım. Səbrimi çox sınadılar, amma onlara istədiklərini vermədim. Bu gün də verməyəcəyəm. Allahın izni ilə oğlumu qucağıma alacağam. 

Yazılan hər hansı bir şeyin, üçüncü şəxsin mənə və ailəmə zərər verəcək gücdə olmadığını bilməyinizi istərdim”.

Qeyd edək ki, Arda Turan bundan öncə də etdiyi davalarla gündəmə gəlmişdi.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.