Dünyanın ən güclü silahı Azərbaycan ordusunda - VİDEO

Dünyanın ən güclü silahı Azərbaycan ordusunda - VİDEO
11 Okt 2018 15:15


Azərbaycan Silahlı Qüvvələri öz arsenalını dünyanın ən güclü snayper silahı ilə gücləndirib. 

Realpress.az xəbər verir ki, bu, “Aerotek” şirkəti tərəfindən hazırlanan və Cənubi Afrikanın “Denel” şirkətinin “Mechem” bölməsi tərəfindən istehsal edilən genişçaplı “Mechem NTW-20” (Denel NTW-20) snayper silahıdır.  


Silah Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinin qış mövsümünə hazırlığının yoxlanılması ilə bağlı yayımladığı foto-hesabatında görünüb. 

Silah prioritet hədəflərlə mübarizə üçün nəzərdə tutulub: raket kompleksləri, peyk antenaları, radiolokasiya stansiyaları, dayanacaqdakı təyyarələr və helikopterlər, yüngül zirehli texnikalar.

 

Kompleksə iki əvəzli barel daxildir:

- Birincisi, 20 × 83,5 millimetrlik güllələrlə atəş üçün nəzərdə tutulub. Silahın çəkisi 0,112 kq, lülə enerjisi 29,03 kqm-dir. 

- İkinci barel 14,5 × 114 mm güllələrlə atəş üçün nəzərdə tutulub. 20 × 83,5 millimetrlik güllələr “PMP/Denel” şirkəti tərəfindən hazırlanır. 

Bu, uzaq məsafədə düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını məhv etmək üçün unikal snayper silahıdır. Silahın bazası tankəleyhinə silahlardır. Bu silahların təchizatında müasir vasitələrdən istifadə edilib. 

Snayper orduda və ya satışda olan digər silahlardan fərqli olaraq, daha yüksək dəqiqliyə malikdir. 

Buna görə də “Mechem NTW-20” antimaterial silahının köməyilə düşmənin snayperlərinə qarşı durmaq olar. Silahın daha bir müvəffəqiyyəti isə işə düşməyən aviabombaların zərərsizləşdirilməsidir. 


“Mechem NTW-20” silahının effektivliyi sursatın qəlpələnməsidir ki, bu da 10 metr diametrdə düşməni məhv etməyə imkan verir. Effektiv məsafəsi 1,5 kilometrdir. 

Bundan başqa, silah yaradıcısı bu kompleksə 14,5 millimetrlik sursat da əlavə edib. Bu güllə təsadüfi seçilməyib – tətbiq edilmiş sursat 2 kilometr məsafədə istənilən zirehli gödəkçələri dələ bilər. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.