Azərbaycanda gənc oğlan minaya düşdü - Ayağı amputasiya edildi

Azərbaycanda gənc oğlan minaya düşdü - Ayağı amputasiya edildi
11 Okt 2018 14:57

Tərtər rayonu Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.

Realpress.az-in “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, hadisə bu gün baş verib. Nəticədə 1986-cı il təvəllüdlü Azad adlı gəncin bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır. 

Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov də saytımıza açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hazırda xəstəxanadan gəlir, Azad əməliyyata alınıb:

"Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədənin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim". 

Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.

21 May 2019
Cəmiyyət

Kərimi döyən şəxs polisdir? - Kimliyi açıqlandı, araşdırma başladı

Kərimi döyən şəxs polisdir? - Kimliyi açıqlandı, araşdırma başladı

21 May 2019
Cəmiyyət

SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ! Bu yollarda rənglənmə var

Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

21 May 2019
Cəmiyyət

“Huawei” problemində Azərbaycanı hansı təhlükə gözləyir? - Ekspertdən xəbərdarlıq

Bir neçə gündür Çinin “Huawei” şirkəti ABŞ tərəfindən sanksiyalarla üzləşib. Sanksiya səbəbindən “Google” məhsulu olan “Android” əməliyyat sistemi, həmçinin “YouTube”, “Play Store” və “Gmail” kimi tətbiqlər “Huawei” smartfonlarında çalışmayacaq.