Fuad Poladov xəstələnəndə efirə çıxmadı... - Oqtay Əliyev

Fuad Poladov xəstələnəndə efirə çıxmadı... - Oqtay Əliyev
11 Okt 2018 14:28

“SOY” prodakşının rəhbəri Oqtay Əliyev xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevadan danışıb.

Realpress.az-in məlumatına görə, o, “Səhər-səhər” proqramında aktrisanın xəstəliyindən danışıb.

O.Əliyev aparıcı Elgiz Əkbərin “Toppuşla bağlı nə fikirləşirsiniz? Bu adamın günlərlə ictimaiyyətdə müzakirə olunması nədir? Aranızda nəsə soyuqluq var” sözlərinə belə cavab verib:

“Allah ona şəfa versin. Bəzi adamlar var ki, ictimailəşməsini rəvac bilib, istəyir ki, ona yardım olunsun. Eləsi də var istəmir. 

Məsələn, Fuad Poladov xəstələnən gündən nə efirə çıxdı, nə telefonlara cavab verdi. Heç kimdən yardım istəmədi. Heç kim onun haqqında nəsə pis deməyib. 

Bu insan isə istəyir ictimailəşsin, yardımlar alsın. Bu da bu yolu seçdi. 

Bizim aramızda soyuqluq yaranmayıb. Mənim üçün siravi aktrisalardan biridir. Layihələrdə istifadə etdik, işlədi, indi işləmir. Hər bizimlə işləyənlə ailəvi dostluq etmirik. Niyə ondan inciyim ki?”.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.