Boksçumuz daha bir ermənini məğlub etdi

Boksçumuz daha bir ermənini məğlub etdi
11 Okt 2018 14:25


Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. 

Realpress.az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin altı boksçusu qüvvəsini sınayıb.

Onlardan beşi döyüşü qələbə ilə başa vurduğu halda, biri çempionatla vidalaşıb.

Belə ki, boksçularımızdan Əli Zamanov ikinci sınağından da qalib ayrılıb. 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hayk Alaberkyanın (Ermənistan) ardından Rusiyanı təmsil edən erməni əsilli Eduard Voskanyanı da yarışdan kənarlaşdırıb. Zamanov rəqibini 3:2 (28:29, 30:27, 27:30, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Krasimir Çurovla (Bolqarıstan) qarşılaşacaq. Görüş oktyabrın 13-də baş tutacaq.

Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Turğay Mirzəyevin (57 kq) də debütü uğurlu alınıb. O, serbiyalı Branko Zeremskiyə tam üstünlüklə qalib gəlib. Mirzəyev bu gün keçiriləcək 1/8 final qarşılaşmasında belaruslu Vladislav Stselmaxovu sınağa çəkəcək.

Yığma üzvlərindən Eldar Babayev (60 kq) də rəqibinə şans verməyib. Belaruslu Yan Krukovskini 4:1 hesabı ilə məğlub edən idmançımız bu gün baş tutacaq 1/8 finalda gürcüstanlı Georgi Qeqetçxori ilə gücünü yoxlayacaq.

Elmir Novruzovun da ilk qarşılaşması asan alınıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz şotlandiyalı Cey Delaniyə 5:0 hesabı ilə qalib gəlib. Novruzov bu gün 1/8 final mərhələsi çərçivəsində Corc Bans (İngiltərə) ilə münasibətinə aydınlıq gətirəcək.

70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə monteneqrolu Miloş Krasniçi ilə dueldən üstün ayrılıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. Döyüş sabah olacaq.

Bu boksçulardan fərqli olaraq, Əzrək Bəbirov (54 kq) məğlubiyyətə üzülüb. Çexiyalı Dominik Stepaneklə qarşılaşan boksçumuz 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.


25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.