Doqquzuncu nəsil Intel Core prosessorları təqdim olunub

Doqquzuncu nəsil Intel Core prosessorları təqdim olunub
09 Okt 2018 16:50

“Intel” şirkəti “Core” prosessorlarının doqquzuncu nəslini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, yeni istehsal xəttinin qabaqcıl prosessoru kimi şirkət tərəfindən ən yaxşı oyun prosessoru adlandırılan “Intel Core i9-9900K” göstərilir. O, 3,6 QHs takt tezlikli 8 nüvədən və 5 QHs-dək sürətləndirilən 16 məlumat axınından ibarətdir.

Bundan başqa, “Core i7” və “Core i5” prosessorlarının doqquzuncu nəsli nümayiş edilib. Yeni “i7-9700K” prosessoruna 3,6 QHs takt tezlikli 8 nüvə və 8 məlumat axını daxildir. “i5-9600K” prosessoru isə 3,7 QHs takt tezlikli 6 nüvəyə və 6 məlumat axınına malikdir.

Şirkətin məlumatına görə, yeni prosessorlu sistemlər oyunlarda kadr tezliklərinin göstəricilərini 35-45 faiz artıracaq.

Yeni prosessorlar üçün ilkin sifarişlərin qəbuluna və pərakəndə satışlara oktyabrın 19-dan etibarən başlamaq nəzərdə tutulur. “Core i5-9600K” prosessorunun qiyməti 262 dollar, “Core i7-9700К” prosessorunun 374 dollar, qabaqcıl “Core i9-9900К” prosessorunun isə 488 dollar təşkil edir.

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.