Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu
09 Okt 2018 10:54

"İdeyadan Biznesə" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb.

Yarışda Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik, ADA, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin tələbələri iştirak edib.

Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini  münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri "İdeya", "İnnovasiyalar", "Texnologiyalar" və "Mümkünlük" kriteriləri üzrə qiymətləndiriblər.

Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Bakı Mühəndislik Universiteti I yer, ADA Universiteti II yer, Azərbaycan Texniki Universiteti isə III yeri tutub.

Ümumilikdə ali məktəblər üzrə 8 startapçı - "Gonex" layihəsi ilə Adil Qafarlı, "Guide to" layihəsi ilə  İlkin Quluzadə, "Just" layihəsi ilə Əli Babayev, "Yoldaş" layihəsi ilə Rüstəm Həsənli, "Xilaskar Braslet" layihəsi ilə Nərgiz Əliyeva, "Smart Home" layihəsi ilə İsmayıl Həsənov, "Eagle 2.0" layihəsi ilə Ayxan Qurbanov, "Mayak" layihəsi ilə Aytac Əsgərova startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində  ilk dəfə olaraq Bakıda təşkil olunan "İnnovasiyalar həftəsi" çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft" və "Azercell" şirkəti ilə birgə həyata keçirdiyi "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakı Dövlət, Azərbaycan Texniki, Bakı Mühəndislik və Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunmuşdu.

Realpress.az




11 Dek 2018
İT

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.

11 Dek 2018
İT

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

11 Dek 2018
İT

Apple şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb

“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.

11 Dek 2018
İT

Samsung Galaxy A8s smartfonu təqdim olunub

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A8s” smartfonunu təqdim edib. Bu, şirkətin yeni “Infinity-O” ekranı ilə təchiz edilən ilk smartfonudur.