Google+ sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq

Google+ sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq
09 Okt 2018 10:35

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin fəaliyyətini 10 ay müddətinə fərdi istifadəçilər üçün dayandıracaq. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatda qeyd olunur ki, sosial şəbəkənin dəstəklənməsi ilə əlaqədar çətinliklər və “Google+” şəbəkəsinin istifadəçi versiyasının populyarlığının az olması nəzərə alınaraq onun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. “İstifadəçilər məlumatların saxlanılması və köçürülməsi üzrə təlimatlarla təmin ediləcək”, - məlumatda bildirilir.  

Həmçinin qeyd olunur ki, servisin istifadəçilər arasında populyarlığı aşağı olub – istifadəçilərin 90 faizi şəbəkədə təxminən 5 saniyə vaxt keçirib.

Bundan əlavə, şirkət “Google+”-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə məlumat verib.

Sosial şəbəkənin proqram təminatında nasazlıq kənar tərtibatçılara 2015-ci ildən 2018-ci ilin martınadək istifadəçi profillərinin məlumatlarına çıxış imkanı yaradıb. Səhv daxili təhqiqat nəticəsində aşkarlanaraq aradan qaldırılıb. Proqram təminatının işindəki nasazlıqdan 438 əlavənin istifadə etdiyi ehtimal olunur, lakin əlavələrdən azı birinin ondan istifadə etməsi və ya tərtibatçıların onun haqqında məlumatlı olmaları barədə sübutlar yoxdur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.