Millət vəkilindən Türkiyə əleyhinə yalanlara sərt reaksiya

Millət vəkilindən Türkiyə əleyhinə yalanlara sərt reaksiya
08 Okt 2018 16:32


AŞPA-nın payız sessiyasının ilk günü Assambleyada “Progress report” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın “Azad Demokratlar Qrupu” adından çıxış edərək, Türkiyə əleyhinə yalanlara cavab verib.

Realpress.az-ın xəbərinə görə, o deyib ki, Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir:

“Bu baxımdan, AŞPA və ATƏT müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərdən çoxlu sayda müşahidəçilər 24 iyun seçkilərini müşahidə etmək üçün dəvət olunmuş və bizə məlumat verilmişdi ki, Türkiyə rəsmiləri onların Beynəlxalq Seçkiləri Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkə boyu genişləndirir.

Müzakirəyə çıxarılan hesabatda isə Türkiyədəki seçkilərdə ümumi müsbət qiymətləndirməni görürəm. Bundan başqa, bu hesabatla bağlı dəqiqləşdirilməli bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdik.

Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı.

Bu halı qeyd edən hesabat nəzərə almayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi-birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlib.

Ağrı-Doğubəyazitdə seçkilərdən sonra müşahidəçilərin bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir.

Həmçinin, media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlərlə bağlı verilən bəyanatlarla bağlı narahatlığımızı ifadə etmək istərdik. Türkiyədə 1700-dən artıq media və kütləvi informasiya vasitələri var.

İfadə azadlığı və informasiya almaq və vermək hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olaraq tənzimləyici və nəzarət fəaliyyətini həyata keçirir.

Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizədə Türkiyənin legitim tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib”.

O xatırladıb ki, 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun son nümunələrindən birini təşkil edir:

“Bütün bunları nəzərə alaraq biz, təmsil etdiyim Azad Demokratlar Qrupu inanırıq və bəyan edirik ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxalq normalara uyğun keçirilib.

Biz Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”.


19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.