Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb

Populyar əməliyyat sistemində təhlükəli boşluq aşkarlanıb
08 Okt 2018 15:49

Kompüter proqramlarının hazırlanması sahəsi üzrə ekspert Tomas Rid “macOS” əməliyyat sistemində təhlükəli boşluq aşkarlayıb. O, “Apple” kompüterləri üçün təhlükəni “Virus Bulletin” bloqunda təsvir edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, boşluq “macOS” sistemində faylların yoxlanışı xüsusiyyətləri ilə əlaqədardır. Tədqiqatçı müəyyənləşdirib ki, quraşdırılan kompüter əlavələri istifadəçinin yüklədiyi proqramlardan fərqli olaraq təhlükəsizlik sistemi tərəfindən yoxlanılmır. Quraşdırmadan sonra proqram həqiqi proqramlar siyahısına daxil edilir, təkrar yoxlanışlara isə təsadüfi hallarda rast gəlinir. Cinayətkar üçün işləyən əlavələrə yalnız zərərli kodu daxil etmək qalır.

T.Ridin sözlərinə görə, boşluqdan istifadə çox asandır. “Kodun imzasının yoxlanılmasını tələb etmədən sistemdə quraşdırılan rəsmi əlavəni asanlıqla ələ keçirmək mümkündür. Təəssüf ki, əksər proqram tərtibatçıları bu barədə məlumatlı deyil və öz yoxlamalarını əlavə etməyi düşünmürlər”, - qeyd edib.  

Mütəxəssisin fikrincə, bundan istifadə edərək çoxlu əlavəni ələ keçirmək olar. Bununla yanaşı, “macOS” əməliyyat sisteminin normal işləməsi səbəbindən boşluq tez-tez təkrar yoxlanış imkanı əlavə edilməklə yalnız proqram təminatı tərtibatçıları tərəfindən aradan qaldırıla bilər.

Realpress.az


11 Dek 2018
İT

Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.

11 Dek 2018
İT

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"n məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

11 Dek 2018
İT

Apple şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb

“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.

11 Dek 2018
İT

Samsung Galaxy A8s smartfonu təqdim olunub

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A8s” smartfonunu təqdim edib. Bu, şirkətin yeni “Infinity-O” ekranı ilə təchiz edilən ilk smartfonudur.