Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - SİYAHI

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb - SİYAHI
06 Okt 2018 13:41

Azərbaycan rayonlarında olan sürüşmə sahələrinin son vəziyyəti açıqlanıb.


Realpress.az-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov “Report”a açıqlamasında deyib ki, 2018-ci ilin sentyabr ayında ölkə ərazisində ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb.

O bildirib ki, Astara rayonunun Kijəbə, Burcubənd sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Ə.Qaralov vurğulayıb ki, rayonun Motlayataq sürüşmə sahəsində isə həm sürüşmə dinamikasında aktivlik müşahidə edilib, həm də sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

Mütəxəssisin sözlərinə görə, ötən ay ölkə yollarında olan sürüşmə hadisələrində də aktivlik baş verib, hətta bəzi yollarda yeni sürüşmə sahələri, çatlar yaranıb:

"Lənkəran-Lerik yolunun 27-29-cu km-liyindəki uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub, yol boyu bir neçə yerdə uçqun - töküntü prosesləri izlənilib. Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri baş verib və yol kənarında yeni çatlar yaranıb. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində də ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub.

Lənkəran-Lerik yolunun 17-19 km-liyi sürüşmə sahəsində monitorinqlər zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun hər iki hissəsində çökmə - oturma prosesi qeydə alınıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-i sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib, yolun hər iki çiynində çökmə oturma prosesləri və yeni sürüşmə sahələri yaranıb. Masallı-Yardımlı yolunun 13-15,7-16-24-25-25,4-26- 26,4 km-də aparılan müşahidələr nəticəsində yol boyu bir neçə yerdə uçqun - töküntü prosesləri izlənilib.

Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yol boyu çökmə-oturma prosesləri baş verib. Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsi - ərazində mövcud sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolun 11-15-ci sürüşmə sahəsində isə həm aktivlik olub, həm də yolun sağ və sol çiyinlərində çökmə prosesi gedib.

"Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də" sürüşmə sahəsi - aparılmış müşahidələrə əsasən prosesin dinamikasında nisbi aktivlik olub, yol boyu uçqun töküntü prosesləri və yamac hissədə yeni lokal sürüşmə sahələri yaranıb. "Quba - Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də" sürüşmə sahəsi - müşahidələr zamanı ərazidə nisbi aktivlik qeydə alınıb, yolun hər iki hissəsində çökmə oturma və uçqun prosesləri müşahidə edilib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinə gəlincə, ay ərzində aparılan müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin ölçüləri artıb.

Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə prosesi aktivləşib və yeni sürüşmə sahələri yaranıb. Ötən ay ərzində Çuxuryurd-Qızmeydan avtomobil yolundakı sürüşmə sahəsinin dinamikası aktivləşib, yol boyu uçqun prosesləri olub. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-ləri arasında yerləşən sürüşmə sahəsində aktivlik qeydə alınıb. Belə ki, Ağsuçayda baş verən sel nəticəsində Keçmədin kəndinə giriş yolunun 35-40 m hissəsində uçqun hadisəsi baş verib. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-indəki sürüşmə prosesin dinamikasında nisbi aktivlik müşahidə edilib, yolun hərəkət hissəsində kiçik çatlar yaranıb və yol boyu çökmə-oturma prosesləri qeydə alınıb".

Ə.Qaralov bildirib ki, Lənkəran rayonunun Gəgiran kəndindəki və Gədəbəy rayonunun Arıqıran sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub və mövcud sürüşmə sahələrinin parametrləri artıb: "Daşkəsən rayonunun Alunitdağ sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Amma sürüşmə sahəsi üzərində olan çatların parametrləri genişlənib. Siyəzən rayonunun Sədan kəndində, Şamaxı şəhərinin 48-A məhəlləsi, Cabanı, Dədəgünəş, Saqiyan, Qaravəlli, Muğanlı, Mədrəsə, Meysəri kəndlərinin ərazisində, İsmayıllı rayonunun Diyallı, Vaşa, Zərnəva, Xankəndi, Müdrisə kəndlərindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunub”.

O deyib ki, sentyabr ayında Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300m olan sürüşmə sahəsi əmələ gəlib: “İsmayıllının Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub, amma sürüşmənin təsir dairəsi genişlənib. Bağəli kənd ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınıb və eni 180-190 m, uzunluğu 750-800 m və qırılma qaşının hündürlüyü 7-8 m olan yeni sürüşmə sahəsi əmələ gəlib”. 


16 Okt 2018
Siyasət

Bu deputatların maaşına xitam verildi – Rəsmi AÇIQLAMA

Bir neçə ay öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar milli məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar. Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.

16 Okt 2018
Siyasət

Paşinyan bu gün istefa verəcək - Ermənistan bu günü maraqla gözləyir

Bu gün - 16 oktyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın istefası gözlənilir. 

16 Okt 2018
Siyasət

Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.

16 Okt 2018
Siyasət

Türkiyə telekanalında İlham Əliyevin prezidentliyinin 15 illiyi ilə bağlı süjet — VİDEO

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin başçısı postundakı 15 illik fəaliyyəti ilə bağlı süjet hazırlayıb.