Wi-Fi standartlarının adları sadələşdiriləcək

Wi-Fi standartlarının adları sadələşdiriləcək
06 Okt 2018 12:43

"Wi-Fi Alliance" qeyri-kommersiya təşkilatı simsiz şəbəkə məhsulları üçün "IEEE 802.11" standartlarının adını sadələşdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, bu, istehlakçıların rahatlığı üçün düşünülüb. 802.11n texnologiyası "Wi-Fi 4", "802.11ac" texnologiyası "Wi-Fi 5", "802.11ax" texnologiyası isə  "Wi-Fi 6" kimi adlandırılacaq. 802.11ac  ilə müqayisədə 30% daha yüksək rabitə sürəti təklif edən 802.11ax standartı isə gələn il təsdiq ediləcək.
 
Bu və ya digər qurğu tərəfindən dəstəklənən "Wi-Fi" standartı yeni ikonkalar ilə işarələnəcək. Köhnə standartlar (802.11a, 802.11b, 802.11g) "Wi-Fi 1, 2 və ya 3" kimi adlandırılmayacaq, çünki bazarda onlara uyğun olan qurğular, demək olar, yox səviyyəsindədir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.