Smartfon üçün robot barmaq yaradılıb (VİDEO)

Smartfon üçün robot barmaq yaradılıb (VİDEO)
05 Okt 2018 12:45

Fransa İntellektual Sistemlər və Robot Texnikası İnstitutunun mühəndisi Erik Lekoline robotlaşdırılmış “MobiLimb” barmağının bütün tətbiqi üsullarını nümayiş etdirən videoçarx dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, xüsusi hərəkətlər vasitəsilə robot smartfona daxil olan bildirişlər və ya digər informasiya barədə xəbər verir. Qurğu ekranda baş verənləri təkrarlayaraq 4D kino effekti yaradır, smartfonun iş rejimini dəyişir, kağız üzərində şəkil çəkir, fənər funksiyasını yerinə yetirir və hətta istifadəçinin əlini sığallayır. Bundan başqa, barmaq smartfonu düz səth üzərində hərəkətə gətirir və rahat baxma üçün onu əyir.  

Məlumata görə, “MobiLimb” 5 idarəetmə mühərrikindən istifadə edərək barmağın geniş hərəkət diapazonunu təmin edir. Qurğunu standart qara plastikdən hazırlamaq və ya onu süni dəri ilə örtərək insan barmağına oxşar etmək mümkündür.

Layihənin “UIST 2018” konfransında təqdimatı planlaşdırılır. 

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.