Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb
04 Okt 2018 14:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) səfər qrantları verməyə başlayıb. 
 
Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap layihələrinin yaradıcılarına xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərdə iştirak etmək, həmçinin, xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin təşkil edilməsi məqsədi ilə verilir. 
Bu gün "Fast Track" Akselerasiya Proqramı çərçivəsində ilk səfər qrantlarının təqdimat mərasimi keçirilib. 
 

Səfər qrantı verilən layihələrdən biri "Ticketsetup" startapı olub. Bu layihə çərçivəsində yaradılmış sistemin köməyi ilə bilet satışını çox asanlıqla mərkəzləşmiş qaydada təşkil etmək mümkündür. Sistem biletin yaradılması, biletin satışı və həmçinin biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirir.  
Həmçinin, satılmış biletlər haqqında müxtəlif hesabatların interaktiv idarəetmə panelindən əldə edilməsinə imkan verir. 
 
İndiyədək Azərbaycanda "Ticketsetup" sistemi vasitəsi ilə 1.5 milyondan artıq bilet satışı həyata keçirilib. 
 
Layihə rəhbəri qrant səfəri çərçivəsində Almaniyanın Köln şəhərində Avropanın ən iri startap tədbirlərindən biri hesab edilən "StartupCon" tədbirində və sərgidə iştirak edəcək, akselerasiya proqramlarına qoşulacaq. 
 
Proqram çərçivəsində Startapların beynəlxalq sərgisində iştirak etməklə yanaşı, sentyabrın 15-dən etibarən "RTZ Center Co-working" mərkəzində 3 ay müddətində pulsuz ofisdən istifadə etmək fürsəti əldə ediləcək. Əsas məqsədi məhsulu Avropa bazarına çıxarmaq və şirkətin rəsmiləşdirilməsi prosesini həyata keçirmək, yerli bazarı dərindən öyrənmək, həmçinin potensial müştərilərlə görüşmək olan layihə YTP tərəfindən verilən səfər qrantı sayəsində qarşıya qoyulan hədəfə daha da yaxınlaşmış olacaq. 
Səfər qrantı verilən digər layihə isə "OnBrunch" layihəsi olub. Bu layihə hazırda ayrı-ayrı ictimai məkanların servislərinin virtual proyeksiyasını yaradır. Həmçinin "Onbranch"da məkanların menyuları, üçölçülü rezervasiya sistemi, onlayn satış, endirimlər və bu kimi məlumatları əldə etmək mümkündür. 
Sözügedən layihə Türkiyənin İstanbul şəhərində keçiriləcək "Startup İstanbul Competition"a dəvət alıb.  

Qeyd edək ki, "Startup İstanbul" dünyanın 135 ölkəsindən 25000 müraciət arasından seçilmiş 100 finalçının iştirak etdiyi startap yarışı olmaqla yanaşı, həm də nüfuzlu mentorların iştirakı ilə keçirilən forumdur.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.