Microsoft yeni qurğularını təqdim edib

Microsoft yeni qurğularını təqdim edib
04 Okt 2018 11:06

"Microsoft" şirkəti Nyu-Yorkda keçirilmiş xüsusi tədbirdə "Surface Pro" hibrid planşetinin yeni nəslini, "Surface Laptop" noutbukunu və "Surface Studio" monoblokunu rəsmi şəkildə təqdim edib. Həmçinin şirkət tezliklə "Windows 10" əməliyyat sistemi üçün növbəti genişmiqyaslı yeniləmənin təqdim ediləcəyini bildirib.
 
"Microsoft Surface Pro 6"
 
Yenilənmiş "Surface" planşeti 8-ci nəsil "Intel Core" prosessorları ilə təchiz edilib, həmçinin planşetin qara rəngli versiyası əlçatan olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, "Surface Pro 6" qurğusu, həmçinin təkmilləşdirilmiş soyutma sisteminə malikdir və 4 nüvəli prosessorları dəstəkləyir. Məlumata görə, yeni planşet əvvəlki nəsil "Surface Pro" planşetindən 67% daha məhsuldardır. Bundan başqa, yeni planşet enerjiyə qənaətcildir: 13,5 saatadək avtonom işləmə müddətinə malikdir.
 
Digər texniki xüsusiyyətlər olduğu kimi qalıb. Planşet əvvəlki kimi 2736x1824 piksel təsvir ölçülü 12,3 düymlük ekranla təchiz edilib və kənar klaviaturanı dəstəkləyir. Oktyabrın 16-da satışa çıxarılacaq planşetin qiyməti 899 ABŞ dollarından başlayacaq.
 
 
"Surface Laptop 2"
 
"Surface Laptop" noutbukunun ikinci nəsli 2 il bundan əvvəl təqdim edilmiş modeli əvəz edəcək. Yenilənmiş "Surface Pro" planşetində olduğu kimi, noutbuk da 8-ci nəsil "Intel" prosessorlarını dəstəkləyir. Bunun sayəsində cihazın məhsuldarlığı 85% yüksəlib. Noutbukun əməli yaddaş tutumu 4-dən 8 QB-dək artırılıb, əsas SSD yaddaşın minimal tutumu əvvəlki kimi 128 QB təşkil edir.
 
Noutbukun displeyi əvvəlki kimi 2256x1504 piksel təsvir ölçülü 13,5 düym diaqonala malikdir. Video izləmə rejimində avtonom iş müddəti 14 saatdan çox təşkil edir. Nəhayət, noutbuk əvvəlki kimi "USB 3.0" və "Mini DisplayPort" konnektorları ilə təchiz edilib, amma gözləntilərin əksinə olaraq "USB Type-C" portu yoxdur.
 
Oktyabrın 16-da bazara çıxarılacaq və qara rəngdə əlçatan olacaq "Microsoft"un yeni noutbukunun ən ucuz versiyasının qiyməti 999 dollar təşkil edəcək.
 
"Surface Studio 2"
 
Şirkət, həmçinin "Surface Studio" monoblokunun yeni nəslini təqdim edib. Yaradıcılıqla məşğul olan insanlar üçün nəzərdə tutulmuş fərdi kompüter 4500x3000 piksel təsvir ölçülü 28 düymlük displey, 1 və ya 2 TB-lıq daxili yaddaş, 16 və ya 32 QB-lıq əməli yaddaşla təchiz edilib. Yeni prosessor və videokart sayəsində monoblokun məhsuldarlığı 35%, qrafika ilə iş vaxtı məhsuldarlıq isə 50% yüksəlib.
 
"Microsoft Surface Studio 2 " monobloku noyabrın 15-də satışa çıxarılacaq. 8-ci nəsil "Intel Core i7" prosessoru, 16 QB-lıq əməli yaddaş və 1 TB-lıq əsas yaddaşa malik standart versiyanın qiyməti 3500 dollar təşkil edəcək.

Realpress.az


18 Fev 2019
İT

Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.

18 Fev 2019
İT

Dünyanın ən yaxşı smartfonları məlum olub

“Business Insider” nəşri dünyanın 20 ən yaxşı smartfonunu açıqlayıb.

18 Fev 2019
İT

Çin 2,6 milyon nəfəri izləyir

"HKO GDI Foundation" qeyri-kommersiya təşkilatının kibertəhlükəsizlik üzrə eksperti Viktor Qevers internetdə 2,6 milyon nəfərin izlənməsi haqqında məlumat bazası aşkar edib. İzlənilənlərin əksəriyyəti Çində təqib olunan uyğurlardır. Bu haqda "The Financial Times" qəzeti yazıb.

18 Fev 2019
İT

Nvidia neyron şəbəkəsi həqiqi insan sifəti yaratmağı öyrənib

“Nvidia” şirkəti ötən həftə neyron şəbəkəsinin köməyilə yeni şəkillər yaratmağa imkan verən “StyleGAN” alqoritminin kodunu internetə dərc edib.

16 Fev 2019
İT

Süni intellekt feyk xəbərlər yazmağı öyrənib

"OpenAI" qeyri-kommersiya tədqiqat təşkilatı "feyk xəbərlər"in hazırlanması üçün "GPT2" adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.