Azərpoçtun Mastercard məhsulları ilə alış-veriş edənlər Parisə səyahət əldə edə biləcək

Azərpoçtun Mastercard məhsulları ilə alış-veriş edənlər Parisə səyahət əldə edə biləcək
03 Okt 2018 17:17

“Azərpoçt” MMC-nin sıx əməkdaşlıq etdiyi partnyorlarından olan “Mastercard Azərbaycan” kampaniya həyata keçirir. 
 
Kampaniyada “Azərpoçt”un “Mastercard” loqolu kartları da iştirak edir. Belə ki, “Priceless Specials” partnyorlarından alış-veriş edən “Maestro”, “Standard”, “Gold”, “Platinium”, “İnvestor”, “Debet” kart sahibləri (əməkhaqqı olub-olmamasından asılı olmayaraq) bu kampaniyaya qoşulmuş sayılır və “Disneyland Paris”ə ailəvi səyahət etmək şansı əldə edir.
 
 Lotereya iştirakçılarını başqa dəyərli hədiyyələr də gözləyir. “Mastercard” ilə “priceless specials” partnyorlarından edilən hər bir alış-veriş lotereyada iştirak etmək üçün  1 şansa malikdir. Daha çox əməliyyat edən daha çox şans qazanır.
Kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur.
 
Kampaniya https://eu.mastercard.com/a/az/qiymetsiz/ saytında qeyd olunan “Priceless Specials merchant”larında yerləşən partnyor-bankın POS-terminallarından “Mastercard” və ya “Maestro” kartı ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilərə şamil olunur.
 
Kampaniya 1 oktyabr - 30 noyabr tarixləri arasında etibarlıdır. Ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.
 
 https://eu.mastercard.com/a/az/qiymetsiz/offers/index.php?offer=91
 
Digər kampaniya çərçivəsində “Azərpoçt” MMC-nin emissiya etdiyi “Mastercard” və “Maestro” kart sahibləri Türkiyənin məşhur www.hepsiburada.com saytında ilk alış-verişi etdikdə 10% endirim əldə edir. Alış-veriş həyata keçirmək üçün müştəri promo bölümündə “MASTERCARD10” endirim kodunu mütləq daxil etməlidir. Kart sahibləri kampaniyadan yalnız bir dəfə faydalana bilər.
Ölkə xaricindən edilən sifarişlər üçün gömrük prosedurlarına görə qeydiyyatdan keçərək tələb olunan məlumatları doldurmaq tövsiyə olunur. 
 
Qeyd edək ki, bu kampaniya “priceless specials” proqramının lotereya kampaniyasına daxil deyil.
Kampaniya 20 sentyabr - 31 oktyabr tarixləri arasında etibarlıdır. 

Realpress.az

 
 https://www.hepsiburada.com/hepsiglobal

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.