Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib
03 Okt 2018 16:28

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyində “Mən: ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi olaraq” sərlövhəli məqaləsi dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim məqaləsində “mən” fenomenini insan varlığının sabit nüvəsi adlandırır, onu ilahi nurlanma və sosial reallıq kimi iki aspektdən araşdırır. Məqalədə “mən” daxili və xarici təsirlərin kəsişmə nöqtəsində götürülməklə yanaşı, həm də ideyalar aləminə və həqiqətin ilahi mənbəyinə açılan bir qapı kimi təhlil edilir.

Dünya Fenomenologiya İnstitunun yaradıcısı, amerikalı filosof Anna-Teresa Tymienieçkanın xatirəsinə həsr olunan kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin müasir ekoloji düşüncənin öyrənilməsinə dair aktual əsərləri toplanıb. Bundan əlavə, burada fenomenoloji antropologiya, təbiətə insani münasibətin ekoloji perspektivləri, canlı və virtual bədənin fenomenologiyası kimi məsələlər də araşdırılır.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.