Sumqayıt Teatrı Bakıya gəlir

Sumqayıt Teatrı Bakıya gəlir
03 Okt 2018 13:20

Oktyabrın 8-də Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olacaq.

Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollektiv teatrsevərlərə Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunmuş “Zülmətdə nur” (Nizami Muradoğlu) mənzum pyesi əsasında hazırlanan tamaşanı nümayiş etdirəcək.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri 37-ci il repressiyalarında imperiyanın hədəfinə tuş gələn görkəmli dramaturq, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən, o cümlədən Əhməd Cavad və Mikayıl Müşfiqin kəşməkeşli həyatından bəhs edir.

Tamaşada rolları Əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Rövşən Əsgərov, Akif Mirzəyev, İlham Səfərli, Dağlar Rüstəmov, İlahə Səfərova, Sədaqət Nuriyeva, Rövşad İlyasov, Oqtay Mehdiyev, Şəhla Məmmədova, Kamran Muradlı, Orxan Firudinov və Şəmistan Süleymanlı ifa edəcəklər.

Realpress.az


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.