Bu gün Beynəlxalq Musiqi Günüdür

Bu gün Beynəlxalq Musiqi Günüdür
01 Okt 2018 12:28

Bu gün dünyada Beynəlxalq Musiqi Günü kimi qeyd edilir.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.

Bu bayram hər il bütün dünyada ən yaxşı artistlərin və incəsənət kollektivlərinin iştirak etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.

Bəşəriyyətin musiqi ilə tanışlığı çox qədim dövrlərdən başlayıb. Afrika mağaralarında aşkar edilmiş qayaüstü rəsmlərdə əlində musiqi aləti tutmuş insanlar təsvir edilib. 2000-ci ildə isə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini aşkara çıxarıblar.

Azərbaycanda da musiqinin tarixi çox qədimlərə gedib çıxır. Qobustandakı qavaldaş Daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın “Yallı” rəqs səhnələri təsvir olunub. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi olduğu vurğulanıb. Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır.

Bütün bunlar bir daha sübut edir ki, musiqi intəhasız, heç bir ölçüyə sığışmayan gücə malikdir. Yer üzündə az adam tapılar ki, musiqiyə laqeyd qalsın. Musiqi həmişəyaşardır. İnsanlara bəxş edilən bu ilahi nemət bəşəriyyət durduqca var olacaq.


13 Dek 2018
Mədəniyyət

Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

13 Dek 2018
Mədəniyyət

Vüqar Əhmədə vəzifə verildi

Tanınmış şair, professor Vüqar Əhmədə vəzifə verilib.

12 Dek 2018
Mədəniyyət

Niyaməddin Musayev Heydər Əliyevlə ilk görüşündən DANIŞDI

Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, 2003-cü il 12 dekabrda əbədiyyətə qovuşub.

10 Dek 2018
Mədəniyyət

Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Dekabrın 6-dan 9-dək Latviyanın paytaxtı Riqa şəhərində “Riga Symphony” VII Beynəlxalq musiqi festivalı keçirilib.

7 Dek 2018
Mədəniyyət

Nazirdən Fəxrəddin Manafovun teatrdan getmə xəbərinə reaksiya — Araşdırma aparılır + VİDEO

Ötən gündən xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılması haqda rəsmi açıqlaması ciddi rezonans doğurub.