Nura Suri Çingiz Mustafayevə görə efirdə ağladı - VİDEO

Nura Suri Çingiz Mustafayevə görə efirdə ağladı - VİDEO
25 Sent 2018 17:54


Müğənni Nura Suri “Hədəfdə mən” layihəsinin qonağı olub.

Realpress.az xəbər verir ki, sənətçiyə “Başqa bir karyera seçsəydiniz, bu, nə olardı?”, - deyə sual verilib.

Müğənni isə jurnalist olmaq istədiyini deyib və ağlayıb.

Çingiz Mustafayevin fanatı olmuşam. Jurnalist olmaq istərdim. Amma onun kimi jurnalist. Çingiz haqda danışanda istər-istəməz gözüm dolur, özümdən asılı deyil”, - deyə ifaçı bildirib.

Qeyd edək ki, Çingiz Mustafayev azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanıdır.

1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində “Dünənki keçdi” rep janrlı mahnını səsləndirib.

Çingiz Mustafayevin Xocalı soyqırımı haqda çəkdiyi sənədli filmlə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub.


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.