Ailəli qadını evə apararaq cinsi əlaqədə olub – Bakıda cinayət

Ailəli qadını evə apararaq cinsi əlaqədə olub – Bakıda cinayət
25 Sent 2018 17:51

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının başqa kişi ilə şəkillərini görən və onu öldürməkdə təqsirləndirilən Rəfayıl Feyziyevin məhkəməsi keçirilib.

 Realpress.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun icraatında olan prosesdə şahidlər dindirilib. 

Hüseyn Vəliyev mərhum Rafət Feyziyeva ilə "Instagram"da tanış olduğunu deyib:
"Mənə mesaj yazıb iş yoldaşım Rövşəni soruşdu. Rövşənin onu şantaj etdiyini dedi, mən də ona hesabını bağlamasını məsləhət gördüm". 

İstintaq materiallarından məlum olub ki, H.Vəliyev mərhum Rafətə kömək edəcəyini söz verərək onunla münasibət yaradıb və onu özünün ikinci evinə dəvət edərək cinsi əlaqədə olub. 

İttihama görə, sosial şəbəkələrdə mərhum Rafət Feyziyevanın fotosu yayılaraq pul müqabilində kişilərlə görüşdüyü yazılıb. 

R.Feyziyeva isə həmin zaman ünsiyyətdə olduğu Rövşən Rəsulovdan şübhələnib və onun barəsində polisə şikayət edib. 

Onun şikayətini araşdıran polis əməkdaşı Mehman Vəliyev məhkəmədə deyib ki, R.Rəsulovun qadını şantaj etmədiyi müəyyən olunub. 

Rövşən Rəsulov isə ifadə verərək qadınla intim əlaqədə olmadığını deyib:

"Bir qohumuna iş tapmağım üçün mənə yazmışdı. Sonra da arada danışıb bir-birimizə foto göndərirdik. Sonuncu dəfə hadisədən 7 ay əvvəl danışmışdıq". 

İttihama görə, 2018-ci il mayın 18-də Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yaşayan 1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri R.Feyziyev tərəfindən 18 dəfə bıçaqlanaraq qətlə yetirilib.

Məlumata görə, R.Feyziyev həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və evlərindəki notbukdan onun yad kişi ilə fotoşəkillərini tapıb.

21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.