Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
25 Sent 2018 17:25


Sentyabrın 27-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub. 

Realpress.az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. 

Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb. 

Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər. 

Faktla bağlı araşdırmalar aparılır.


19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.