Ekoloqlar leysan yağışları ilə bağlı həyəcan təbili çalır

Ekoloqlar leysan yağışları ilə bağlı həyəcan təbili çalır
25 Sent 2018 16:00


Ölkə ərazisində yenidən leysan xarakterli yağış yağa bilər.

Bunu Realpress.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl yağan yağış respublika ərazisinə şimal-qərb istiqamətindən hava kütlələrinin daxil olması nəticəsində baş verib:

“Atlantik okeanı üzərində əmələ gələn, Şərqi Avropa düzənliyindən keçən hava kütləsi nəticəsində bu cür yağış yağıb. Belə yağışların olması mümkündür”.

Məhərrəm Həsənov qeyd edib ki, Bakıya düşən yağışın miqdarı aylıq normanın 122 faizindən artıq olub:

“Sentyabr ayında Bakıya düşən yağıntıların orta aylıq miqdarı17 mm civarında olur. Bu dəfə isə ortaq aylıq yağıntının miqdarından çoxdur. Növbəti aylarda bu cür yağışlar ola bilər. Sentyabr-oktyabr aylarında belə halların yenidən təkrarlanma ehtimalı var.

Keçid fəslində həmişə xüsusi hadisələr baş verir. İntensiv yağışların çoxalmasına səbəb qlobal iqlim dəyişkənliyi ilə bağlı olan prosesdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva realpress.az-a bildirib ki, sentyabrın 26-dan ölkə ərazisində havanın temperaturu dəyişəcək:

“Bakıda və Abşeron yarmadasında güclü şimal-qərb küləyi əsəcək. Bu proses Bakıda daha cox küləyin güclənməsi və sentyabrın 27-də havanın temperaturun xeyli aşağı enməsi ilə xarakterizə  olunacaq”.

Umayra Tağıyeva qeyd edib ki, iki gün müddətində havanın maksimal temperaturu 18-20 dərəcə təşkil edəcək.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.