Evdən qaçan gəlinin qayınanası: Ayda bir dəfə oğlumla görüşdürürdüm

Evdən qaçan gəlinin qayınanası: Ayda bir dəfə oğlumla görüşdürürdüm
25 Sent 2018 15:22

Zərdabda 19 yaşlı Aynaz Hacıyevanın evdən qaçmasının bəzi təfərrüatları məlum olub.

Realpress.az xəbər verir ki, Aynaz Hacıyevanın qayınanası Səmsiyyə Hacıyeva AzNews.az-a gəlininin evdən getməsində onun anasını günahlandırıb:

 “Aynazın anası 15 gün bizdə qonaq qaldı. Axşam yedik-icdik, hərə öz otağına getdi. Səhərə yaxın həyətə düşmüşdüm, baxdım ki, qapı aralıdı. İçəri girəndə gördüm ki, nə gəlin var, nə də uşaq. Çıxıb gediblər. Biz də lazımı orqanlara məlumat verdik. 

Aynazın anasının telefonuna zəng edirik, hər dəfə bir bəhanə gətirir. Gah Salyanda, gah da başqa rayonda olduğunu deyir. Gəlinimlə aramızda heç bir problem olmayıb. Oğlumla da münasibəti yaxşıdır. Sadəcə, anası burda qaldığı müddətdə onun başını yedi. Gəlinimi təcili tapmalıyam. Ondan narahatam. Bu dünyanın hər üzü var, hər cür adam var. Təsirə düşməsini istəmirəm. Aynazın əri hərbi xidmətdədir, ayda bir dəfə onu oğlumun yanına aparıb görüşdürürəm”.

Qeyd edək ki, Zərdab rayonunda 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də üç aylıq qızı ilə birlikdə evdən gedib.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.