İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi

İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi
25 Sent 2018 13:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Realpress.az xəbər verir ki, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Bakıda əməkdaşlığımızın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra qonaq Azərbaycanın həyata keçirdiyi TAP və TANAP layihələrinin önəmini vurğulayıb.

Dövlət başçısı TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropa İnvestisiya Bankına təşəkkürünü bildirib. Prezident İlham Əliyev artıq TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirildiyini, TAP layihəsi üzərində isə işlərin davam etdirildiyini vurğulayaraq bunları əməkdaşlığımızın çox yaxşı göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planların olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu deyib.

Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

***

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.