Müdirini öldürən satıcı: Camaata məcbur gül satmalı deyildim

Müdirini öldürən satıcı: Camaata məcbur gül satmalı deyildim
25 Sent 2018 11:54


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Realpress.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib. 

İttihama münasibət bildirən V.Novruzov özünü qismən təqsirli bilib. O deyib ki, müdirini öldürmək niyyəti olmayıb, yalnız qorxutmaq istəyib: 

“Vüqar Quliyevlə qohumluq əlaqələrimiz var idi. İşlərimiz normal gedirdi, bir müddət idi ki, onun yanında satıcı işləyirdim. Ancaq son zamanlar işdə anlaşılmazlıqlar olurdu. Deyirdi ki, alver yoxdur, alver etməmisən. Mən də camaata məcbur gül satmalı deyildim ki? Bunu ona deyirdim, başa düşmürdü. 

Bir dəfə müştəri sifariş verdi, eyni zamanda başqa sifariş də gəldi. Mən digər müştərini əlimdə işim olduğum üçün təxirə saldım, müştəri də Vüqara şikayət etdi. Vüqar mənimlə axşam görüşəndə söyüş söydü. Dedi ki, sən işdə özünü yekəxana aparırsan. Bundan sonra mübahisə düşdü, o, yenə mənə nalayiq söz dedi, buna görə onu bıçaqladım”.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər dindirilib. 

Qeyd edək ki, Sumqayıt şəhər ərazisində yerləşən meyvə-tərəvəz dükanının sahibi Vüqar Quliyev satıcı Vüsal Novruzov tərəfindən qətlə yetirilib. 

Belə ki, dükanın sahibi satıcını səhər işə gec gəldiyi üçün danlayıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı satıcı Vüsal Novruzov dükanın sahibini bıçaqlayaraq qətlə yetirib.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.