Dünyada ilk sürücüsüz tramvay nümayiş etdirilib

Dünyada ilk sürücüsüz tramvay nümayiş etdirilib
25 Sent 2018 11:29

Siemens” şirkəti “İnnoTrans-2018” dəmir yolu nəqliyyatı və innovasiyaları sərgisində “Combino” adlı sürücüsüz tramvayını nümayiş etdirib. Sürücüsüz tramvay Şərqi Almaniyada yerləşən Potsdam şəhərinin küçələrində sınaqdan keçirilib. Şəhər sakinlərini narahat etmək istəməyiblər, buna görə tramvay müvafiq yerlərdə dayanmalar etsə də,  sərnişin götürməyib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndələri və jurnalistlər sərnişin rolunda çıxış ediblər.
 
Sınaqlar vaxtı sürücüsüz tramvay depodan çıxaraq 6 km-lik marşrut üzrə dövrə vurub. Sözügedən nəqliyyat vasitəsi oriyentasiya təyin etmək üçün lidar, radar, yüksək təsvir ölçüsünə malik kamera və şəhər nəqliyyat sisteminin məlumatlarından istifadə edib.
Çətin vəziyyətlər və onlara reaksiyaların tanınması alqoritmlərinin işlənib hazırlanması Karlsruye Universitetinin alimlərinə tapşırılıb. Layihə o qədər uğurla inkişaf etdirilir ki, sərgidə yaxın vaxtlarda sürücüsüz tramvayın kommersiya versiyasının təqdim ediləcəyi ideyası səsləndirilib.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.