Azərbaycanlı ailə dəhşətli qəzaya düşdü: Ana və iki oğlu öldü - VİDEO

Azərbaycanlı ailə dəhşətli qəzaya düşdü: Ana və iki oğlu öldü - VİDEO
25 Sent 2018 11:23


Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü həlak olub.

Realpress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub. 

Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları Quliyeva  İradə İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır. 

Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər. 

Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.

Rusiya mediası qəza yerindən çəkilən fotolar və video yayıb.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.