Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı

Xərçəng xəstəsi olduğunu dedi, minlərlə dollar yığdı
25 Sent 2018 09:16


Avstraliyanın Viktoriya ştatının Kerolayn-Sprinqs şəhərinin sakinini yalan danışaraq, ianə topladığına görə cəza gözləyir. 

Realpress.az “Daily Mail”ə istinadla xəbər verir ki, 26 yaşlı qadın pula ehtiyacı olduğu üçün iki ay müddətində yaxınlarına, dostlarına və qohumlarına qaraciyər xərçənginə tutulduğunu deyib. 

Çoxları ona kömək etməyə razılıq verib, nağd və ya bank vasitəsilə ona yardımı çatdırıb. Qadın bu yolla 9000 Avstraliya dolları (6500 ABŞ dolları - red.) yığıb. 

Yalan üzə çıxdıqda isə məsələyə hüquq-mühafizə orqanları qarışıb. Ona qarşı aldatma yolu ilə mülkiyyətin alınması ittihamı irəli sürülüb. Hazırda polis zərərçəkmiş şəxsləri axtarır. 


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.