Apple ən gəlirli brend seçildi

Apple ən gəlirli brend seçildi
25 Sent 2018 08:57

"Counterpoint" şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən hesabat dərc edib.

Realpress.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, ötən il olduğu kimi, "Apple" şirkəti dünya smartfonlar bazarının lideri olaraq qalır. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür. İkinci yerdə 17 faiz paya malik "Samsung" şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə Cənubi Koreya istehsalçısı "Apple" şirkətini üstələyir. Sonrakı mövqelərdə böyük fərqlə Çinin "Huawei", "OPPO", "Vivo" və "Xiaomi" şirkətləri qərarlaşıb.

Ekspertlərin hesablamalarına görə, Çin istehsalçılarının ümumi gəlirləri birlikdə toplandıqda onlar 20 faiz payla ikinci yerə çıxırlar. "Counterpoint" analitikləri qeyd edir ki, Çin istehsalçıları hesablamaların aparıldığı müddətdə ilk dəfə olaraq rüb ərzində ümumilikdə 2 milyard dollardan çox qazanc əldə ediblər.

Eyni zamanda liderlər - "Apple" və "Samsung" şirkətlərinin payının azalması maraq doğurur. Qeyd edilən Çin şirkətlərinin payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

"Counterpoint" şirkətinin məlumatına görə, qlobal gəlirin 1 faizi təxminən 600 istehsalçı arasında bölüşdürülüb.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.